Uşaqların düzgün qidalanmasına nəzarət olunmalıdır Rəy

02.09.2026

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Düzgün qidalanma – uğurlu öyrənmənin açarıdır. Uşaqların beyni sürətlə inkişaf etdiyi üçün onların gündəlik qida rasionunda vitaminlərə, minerallara, zülallara və sağlam yağlara ehtiyac duyulur. Qidalanma nə qədər balanslı olsa, uşaq bir o qədər dərslərdə diqqətini cəmləyə bilir, fiziki aktiv olur, yaddaş gücü və motivasiyası artır, xəstəliklərə qarşı müqavimətli olur”.

Qida məsələləri üzrə ekspert Ağa Salamov bunu 525.az-a deyib.  Ekspertin söylədiyinə görə, səhər yeməyi mütləq olmalıdır. Uşaqların dərsə ac getməsi diqqət dağınıqlığına və yorğunluğa səbəb olur. Səhər yeməyi enerji verir və beynin fəaliyyətini dəstəkləyir. Səhər yeməyində süd və yulaf, yumurta və çörək, pendir, tərəvəz, zeytun, meyvə və qoz-fındıq: “Hazır şirniyyatlar, qazlı içkilər, cips və fast-food tərkibli məhsullar tez doydursa da, faydasızdır və sağlamlığa zərərlidir. Onlar uşaqda halsızlıq, köklük və həzm problemləri yarada bilər. Uşaqlar uzun dərs saatlarında aclıq hiss edə bilər. Onlara çantada daşımaq üçün yüngül, lakin faydalı qidalar hazırlamaq yaxşı olar".

Sevinc Qarayeva 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью