Saglamolun portalından alınan məlumata görə, Icma.az xəbər verir. İnsanın üz dərisi onun sağlamlığının aynasıdır.
Dərinin rənginin dəyişilməsi, ləkələr, sızanaqlar, kapilyarların üzə çıxması və s. kimi əlamətlər hər hansı xəstəliyə işarə edə bilər.
Adətən gözlərin altında tünd ləkələr, dərinin torbalanması, şişməsi böyrək xəstəlikləri ilə əlaqələndirir.
Lakin bu əlamətlərin digər səbəbləri də ola bilər. Bəzi hallarda bu ümumiyyətlə heç bir xəstəliyə işarə etmir və sadəcə insanın özəlliyidir.
Uşaqlarda da gözlərin altında göy kölgələr əmələ gələ bilər. Bu adətən analarda ciddi narahatlığa səbəb olur.
Saglamolun.az sizi uşaqlarda gözlərin altında tünd ləkələrin əmələ gəlməsinin səbəbləri ilə tanış edir: 1.
Genetika Dərinin çox nazik olması və kapilyarların onun altında yaxın yerləşməsi belə ləkələrə səbəb ola bilər.
Bu anatomik xüsusiyyətdir və heç bir xəstəliyə işarə etmir. Bu simptom ana və ya atada, yaxın qohumlarda (baba, nənə, əmi, bibi, xala, dayı)