Icma.az, Olke.az saytına istinadən bildirir. Qış aylarında mayalanan insanlarda maddələr mübadiləsi üçün faydalı olan qəhvəyi yağın miqdarı
Onların araşdırması "Nature Metabolism" elmi jurnalında dərc olunub.
Məlumatı "kp.ru" nəşri yayıb.Qəhvəyi yağ uşaqlarda çoxlu miqdarda olan, amma yaşla azalaraq demək olar ki, yoxa çıxan xüsusi bir toxuma növüdür.
Böyüklərdə əsasən boyun, onurğa və böyrəklər ətrafında yerləşir.
Bu yağın əsas funksiyası bədən temperaturunu normada saxlamaq və enerji sərfiyyatını artırmaqdır.Yaponiya alimləri 3 yaşından 78 yaşına qədər 683 sağlam insanı tədqiq edib.
Məlum olub ki, soyuq mövsümdə (17 oktyabrdan 15 aprelə qədər) mayalanan insanlarda qəhvəyi yağın aktivliyi isti mövsümdə (16 apreldən 16 oktyabra qədər) mayalananlarla müqayisədə 12–15 faiz daha yüksəkdir.
Bu isə onların enerji sərfiyyatının təxminən 5,8 faiz daha çox olmasına səbəb olur.Nəticədə qəhvəyi yağın daha çox olduğu insanlarda bədənin kütlə indeksi daha aşağı olur və zərərli sayılan, ağ yağ kimi tanınan visseral yağın miqdarı isə daha az olur.
Ağ yağ toxuması, əksinə olaraq, kaloriləri yandırmaq yerinə bədəndə toplayır.Professor Yoneşiro bildirir: "Bu, epigenetik yaddaşı xatırladır.