Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır.
Uşaqların temperaturunu aşağı salacaq dərman açıqlanıb.
Lent.az xəbər verir ki, bu barədə həkim-pediatr Elşən Tağıyev danışıb.
Onun sözlərinə görə, "Fluvir" adlı dərmanı ilk iki gündə qəbul etdikdə, yüksək hərarət də yaranmır:
"Qrip əleyhinə istifadə olunan bu dərmanı xəstəliyin ilk 2 günündə, yəni 48 saat ərzində vermək lazımdır. Bu, həm xəstəliyin müddətini, həm də ağırlaşma ehtimalını 50% azaldır. Ağırlaşmalara gəlincə, buraya qulaq ağrısı, pnevmoniya və sinusit daxildir".
Qeyd edək ki, son günlər Azərbaycanda yüksək hərarət və kəskin öskürəklə müşahidə olunan virus hökm sürür.