Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir PSİXOLOQ

08.06.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 8 iyun, AZƏRTAC

Sosial şəbəkələrdə yaş məhdudiyyətləri məsələsi həqiqətən də aktualdır. Uşaqlar informasiyanı hər zaman tənqidi şəkildə qiymətləndirə, onlayn ünsiyyət zamanı mövcud riskləri müəyyənləşdirə və şəxsi məlumatları qoruya bilmirlər. Buna görə də uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin artırılmasına yönəlmiş tədbirlər faydalı ola bilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı şəhəri, 145 nömrəli tam orta məktəbin psixoloqu Ofeliya Xıdırova bildirib.

Onun fikrincə, təkcə məhdudiyyətlər kifayət deyil. “Uşaqların rəqəmsal savadlılığının inkişaf etdirilməsi, onlara internetdə təhlükəsiz davranış qaydalarının öyrədilməsi və valideynlərin mümkün risklər barədə məlumatlılığının artırılması vacibdir. Ən səmərəli yanaşma əsaslandırılmış tənzimləmə tədbirlərinin, maarifləndirmənin və ailənin uşağın rəqəmsal həyatında iştirakının birgə təmin edilməsidir”, - deyə psixoloq vurğulayıb.

Qeyd edək ki, bu gün Milli Məclisdə uşaqların rəqəmsal mühitdə hüquq və maraqlarının qorunması məqsədilə qanun layihəsi ictimai dinləməyə çıxarılıb. Təklif olunan layihə uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin gücləndirilməsinin və sosial şəbəkələrin tənzimlənməsinin təkmilləşdirilməsi məqsədilə bir qsıra qanunlara dəyişikliklərin edilməsini nəzərdə tutur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью