Uşaqların səhv buraxmasına imkan vermək lazımdır | Icma.az
Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xəbər verdiyimiz kimi, dünyaca məşhur keçmiş futbolçu Devid Bekhemlə həyat yoldaşı, modelyer Viktoriya Bekhemin oğlu Bruklin son açıqlaması ilə gündəm olub.
Axşam.az-ın məlumatına görə, D.Bekhem özü qalmaqal fonunda "CNBC" kanalında yayımlanan "Squawk Box" proqramının qonağı olub.
Keçmiş futbolçu uşaqların səhvləri ilə bağlı açıqlama verib: "Biz həmişə sosial şəbəkələrdən və onların gücündən həm yaxşı, həm də pis tərəflərindən danışmışıq.
Bu gün uşaqların əldə edə bildiyi imkanlar bəzən təhlükəli ola bilər.
Amma mənim şəxsi təcrübəmə görə, xüsusən də öz uşaqlarımla bağlı gördüyüm odur ki, bundan düzgün məqsədlər üçün də istifadə etmək olar.
Mən platformamdan və izləyicilərimdən UNICEF ("Birləşmiş Millətlər Təşkilatın Uşaq Fondu") üçün istifadə edə bildim.
Bu isə dünyada uşaqların başına gələnlərlə bağlı insanları məlumatlandırmaq üçün ən yaxşı vasitə oldu".
Tam oxu
Xəbəri oxu