Uşaqların sevimli “Aybolit”i gəlir | Icma.az
Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır. Azərbaycan Dövlət Kukla Teatrı növbəti premyeraya hazırlaşır.
Dekabrın 5-də Korney Çukovskinin məşhur “Aybolit” şeiri əsasında hazırlanan eyniadlı birhissəli uşaq tamaşasının premyerası olacaq.
Bildiyiniz kimi, “Aybolit” əsəri məşhur rus yazıçısı Korney Çukovskiyə (Nikolay Vasilyeviç Korneyçukov) məxsusdur.
Bu, ilk dəfə 1929-cu ildə nəşr olunan və bu sayədə heyvanlara kömək edən mərhəmətli həkim Aybolit obrazını milyonlarla uşağa sevdirən bədii nümunədir.
Əsər əsasında müxtəlif illərdə pyeslər, teatr tamaşaları və musiqili quruluşlar hazırlanıb.
Aybolit obrazı uşaq teatrlarında, kukla və musiqili səhnələrdə tez-tez istifadə olunub.
Əsərin populyarlığı səbəbindən onun sonrakı illərdə teatrlaşdırılmış versiyaları, həmçinin, film və cizgi adaptasiyaları da hazırlanıb.
Bu mənada teatrın cari repertuarında da özünə yer edən əsərə yeni nəsil uşaqların baxış tərzinə uyğun şəkildə həll verilib.
Tam oxu
Xəbəri oxu