Uşaqların və qadınların hüquqları belə qorunacaq: Yeni qanun | Icma.az
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"İnsan hüquq və azadlıqlarının qorunması daim diqqət mərkəzindədir.
Və zamanla hüquqi normativ aktlarda olan proseduralar bu və ya digər qanunda təsbit olunur.
Bu isə insanların hüquqlarının müdafiəsi üçün mühüm amildir. Məlumdur ki, məişət zorakılığı barədə şikayətlər iki formada edilir.
Həm cinayət tərkibli, həm də cinayət tərkibli əlamətlər olmadıqda bu şikayət olunur".
Moderator.az bildirir ki, bunu Teleqraf.com-a Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki, 2012-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetini qərarı ilə “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası” təsdiq olunub: “Təcrübədə görürük ki, bu qayda o qədər də işlək deyil.
Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayətlərə baxılmasında bir çox çətinliklər yaranır.
Tam oxu
Xəbəri oxu