Uşaqların və qadınların hüquqları belə qorunacaq: Yeni qanun KONKRET | Icma.az
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. İnsan hüquq və azadlıqlarının qorunması daim diqqət mərkəzindədir.
Və zamanla hüquqi normativ aktlarda olan proseduralar bu və ya digər qanunda təsbit olunur.
Bu isə insanların hüquqlarının müdafiəsi üçün mühüm amildir. Məlumdur ki, məişət zorakılığı barədə şikayətlər iki formada edilir.
Həm cinayət tərkibli, həm də cinayət tərkibli əlamətlər olmadıqda bu şikayət olunur.
KONKRET.az xəbər verir ki, bunu teleqraf.com-a Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki, 2012-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetini qərarı ilə “Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, şikayətlərə baxılma Qaydası” təsdiq olunub: “Təcrübədə görürük ki, bu qayda o qədər də işlək deyil.
Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayətlərə baxılmasında bir çox çətinliklər yaranır.
Ancaq “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununa təklif olunan qanun layihəsində bu məsələ daha detallı şəkildə təsbit olunur.
Tam oxu
Xəbəri oxu