Uşaqların yollarda nəzarətsiz hərəkəti... DYP dən müraciət

22.05.2025

Icma.az bildirir, Adelet.az portalına istinadən.

Baş Dövlət Yol Polisi İdarəsi valideynlərə müraciət edib.

Adalet.az xəbər verir ki, müraciətdə deyilir:

“Uşaqların yollarda nəzarətsiz hərəkəti - bir anlıq ehtiyatsızlıq, bir ömürlük peşmanlığa səbəb ola bilər. Hər bir valideyn bilməlidir ki, uşaqlar yol hərəkəti qaydalarını mənimsəmədən və yol təhlükələrini dərk etmədən onları küçəyə tək buraxmaq – həyatlarını riskə atmaqdır. Təhlükəsizlik yalnız yol nişanları ilə yox, həm də valideyn məsuliyyəti ilə təmin olunur.

Uşaqlara qaydaları sadəcə izah etməklə kifayətlənməyin - onlarla birgə yola çıxın, nümunə olun, təhlükəsiz davranış vərdişlərini gündəlik həyatın bir hissəsinə çevirin.

Unutmayın, təhlükəsizlik ailədən başlayır. Valideynin səhlənkarlığı - uşağın həyatı üçün bəzən geri dönüşü olmayan nəticələr doğura bilər. İzah edin. Nümunə olun. Qoruyun”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью