Uşaqların yoluxduğu infeksiya ölümə səbəb ola bilər PEDİATRLA MÜSAHİBƏ | Icma.az
Icma.az, Lent az portalına istinadən məlumat verir. Körpələr və uşaqlar arasında kəskin simptomlarla müşahidə olunan infeksiya yayılıb.
Yüksək hərarət, bədəndə su miqdarının azalması, qusma və ishal bu xəstəliyin təməl əlamətlərindən hesab olunur.
ATU-nin I Uşaq xəstəlikləri kafedrasının dosenti, həkim pediatr Nigar Bayramova Lent.az-a körpələrdə və uşaqlarda son zamanlar rast gəlinən yüksək hərarət, qusma, ishal kimi mədə-bağırsaq infeksiyasının əlamətləri və müalicə metodları barədə müsahibə verib.
-Nigar xanım, körpə və uşaqlarda rast gəlinən mədə-bağırsaq infeksiyasının yaranmasının başlıca səbəbləri nələrdir?
-Yay aylarında uşaqlar arasında qızdırma, ishal və qusma ilə müraciət edənlərin sayı artmaqdadır.
Xüsusilə 3-7 gün ərzində davam edən kəskin əlamətlərlə meydana çıxan qastroenterit halları və yay ishalları, viruslar başda olmaqla digər mikroorqanizmlər, bakteriyalar, göbələklər, qida toksikoinfeksiyaları, normadan artıq qidalanma, uşaqların adət etmədikləri qidalar qəbul etməsi və yaxud gigiyena qaydalarına əməl olunmadığı hallarda yaranır.
-Bəs ishal və qusmanın uzun müddət davam etdiyi halda bədəndə yaranan su itkisi hansı fəsadlara səbəb ola bilər?
-İshal və qusma zamanı uşaqlarda su və mikroelement itkisinin qarşısını almaq lazımdır.
Tam oxu
Xəbəri oxu