Uşaqlarla bağlı yeni qadağa gəlir: 5 yaşdan kiçik....

20.04.2026

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İngiltərə hökuməti ailələr üçün yeni tövsiyələr toplusu hazırlayıb.

"Cebheinfo.az" xəbər verir ki, tövsiyələrə əsasən, 5 yaşdan kiçik uşaqların gündəlik ekran vaxtı 1 saatla məhdudlaşdırılmalı, 2 yaşdan kiçik uşaqlar isə ekran qarşısında tək buraxılmamalıdır.

Valideynlərə sürətli və dinamik videolardan uzaq durmaq, həmçinin ekranlardan mümkün qədər uşaqlarla birlikdə istifadə etmək tövsiyə olunur. 

Uşaqlarla birgə hekayə oxumaq və ya yemək vaxtlarında onların diqqətini ekrandan yayındırmaq üçün sadə oyunlar oynamaq da məsləhət görülür.

Şərqi London Universitetinin mütəxəssisləri də uşaqların ailələri ilə söhbət etmələrinin onların beyin inkişafını müxtəlif yollarla müsbət şəkildə formalaşdırdığını bildiriblər.

Əfsanə
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью