Icma.az, Saglamolun portalına istinadən məlumat yayır. Səfər və səyahət etmək müsbət təəssüratlarla bol olmasına baxmayaraq əksər hallarda y
Həm nəqliyyatda keçirilən müddət, iqlimin və saat qurşağının dəyişməsi müəyyən növ fiziki narahatlıq və gərginlik yarada bilir.
Körpə və ya uşaqla edilən səfərin valideyn üçün iki dəfə daha çətin olduğu hamıya məlumdur.
Uşaqlar nəqliyyat vasitələrindən tez yorulur, hərəkət etmək üçün daha çox məkan istəyir, ürəkləri bulanır, yemək yeməkdə problemlər yaradır üstəlik yol yorğunluğu müxtəlif cür kaprizlər vasitəsilə özünü göstərə bilir.
Uşaqlı valideynlərin səyahəti asanlaşdırmaq üçün bir neçə ipucu təqdim edirik: - Səyahətin vaxtını öncədən nəzərə almaq səfər ediləcək müddəti imkan daxilində gecə saatlarına planlaşdırmamaq və uşaqların vərdiş etibarilə daha rahat olduqları vaxta salmaq valideynlərə daha az stress yaşadacaqdır.
- Səfər çantalarını yığarkən hər ailənin üzvünün adına ayrıca bir çanta (çemodan) yığmaq oteldə lazım olan əşyaları daha rahat tapmağa imkan verəcəkdir.
Səfər olunacaq hər günün sayına uyğun olaraq bir alt və üst paltar dəsti seçmək məqsədəuyğundur.
- Hansı nəqliyyat vasitəsilə səfər etməyinizdən asılı olmayaraq özünüzlə yola tez xarab olmayan müxtəlif cür çərəzlər götürməyi planlaşdırın.