Uşaqlıq dövrünün 21 dək uzadılması müzakirə olunur

28.11.2026

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri və rusiyalı psixoloqlar uşaqlıq dövrünün yaş hədlərinin yenidən nəzərdən keçirilməsi imkanlarını müzakirə edirlər.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Rusiya Psixologiya Cəmiyyətinin prezidenti və Moskva Dövlət Universitetinin Psixologiya fakültəsinin dekanı Yuri Zinçenko məlumat verib.

Buna səbəb böyümə prosesini əhəmiyyətli dərəcədə dəyişdirən rəqəmsallaşmadır. 

Ekspertin sözlərinə görə, müasir uşaqlar texnologiyanı erkən yaşlarından öyrənirlər.

Lakin əldə etdikləri rəqəmsal bacarıqlar həmişə yetkinlik dövrünün real həyatdakı çətinliklərinin öhdəsindən gəlməsinə kömək etmir. 

Qeyd etmək lazımdır ki, 2018-ci ildə “The Lancet Child & Adolescent Health” elmi jurnalında tədqiqatçılar yeniyetməlik dövrünün sərhədlərini 24 yaşa qədər artırmağı təklif etmişdilər.

Onlar bunu təhsilin sonrakı mərhələlərdə başa çatması, nikaha daxilolma və ailə qurmaqla əsaslandırıblar.

İndi isə mütəxəssislər uşaqlıq dövrünün 18 yaşdan 21 yaşa qaldırılmasını  təklif edirlər.

Hələlik, bu, sadəcə ekspert müzakirəsidir, yetkinlik yaşının qanuni dəyişdirilməsi deyil.

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью