Uşaqlıqda yaranan piylənmənin FƏSADLARI

12.01.2026

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Uşaqlıqda yaranan piylənmə gələcəkdə insanın bütün həyatına təsir göstərə bilər.

Redaktor.az xəbər verir ki, bu barədə cərrah, tibb elmləri namizədi Aleksandr Neymark lenta.ru-ya müsahibəsində xəbərdarlıq edib.

Həkim uşaqlıq dövründə artıq çəkinin yığılmasının yetkin yaşda sağlamlığa təsiri və uşaq piylənməsinin yaranma səbəbləri barədə danışıb. Onun sözlərinə görə, son dövrlərdə Rusiyada piylənmədən əziyyət çəkən insanların sayı 10 faiz artıb. Son bir il ərzində isə uşaqlar arasında 108 min yeni piylənmə halı qeydə alınıb.

Aleksandr Neymark bildirib ki, uşaqlarda piylənmənin səbəbləri sırasında endokrin vəzilərin fəaliyyətinin pozulması və azhərəkətli həyat tərzi yer alır. Bununla yanaşı, əsas amil qidalanma davranışının pozulmasıdır. Həkimin sözlərinə görə, ailədə formalaşan yanlış psixoloji yanaşmalar və düzgün olmayan qida vərdişləri uşaqlarda artıq çəkinin yaranmasına birbaşa təsir göstərir.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью