Usik daha 114 milyon dollar qazanacaq

06.12.2024

Footbal-plus saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xəbər verdiyimiz kimi, dekabrın 21-dən 22-nə keçən Səudiyyə Ərəbistanında – Ər-Riyadda Tayson Füri ilə Aleksandr Usik əvəzçıxma döyüşünə çıxacaq.

Britaniyalı Füri qarşıdakı döyüşlə bağlı bunları deyib:

“Düşünürəm ki, o, nə vaxtsa qarşılaşdığım rəqiblər arasında ən yaxşısıdı. Əvvəllər dünya və olimpiya çempionları ilə döyüşmüşəm. Ancaq heç vaxt iki çəki dərəcəsində dünya çempionu ilə üz-üzə gəlməmişəm. Usik zirvədədi”.


Usik isə sosial şəbəkə hesabında Füriklə bağlı kobud paylaşım edib:

“Hey, mənim acgöz yekəqarnım! Qorxma, səni rahat qoymayacağam. Heç vaxt!"


Xatırladaq ki, adı çəkilən boksçular arasında mayda keçirilən döyüşdə ukraynalı qalıib gəlib. Artıq əvəxçıxma görüşü üçün qonorar fondu da açıqlanıb. Ortada 190 milyon dollar var. Bu məbləğ 60-ın 40-a nisbətində bölünəcək. Yəni Usik milyon 114, britaniyalı isə 76 milyon dollar qazanacaq. Bu məbləğə teleyayın satışından gələcək pul daxil deyil.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью