Icma.az bildirir, Footbal-plus portalına istinadən.
Ukraynalı boksçu, superağır çəkidə WBA, WBC, IBF və IBO kəmərlərinin sahibi Aleksandr Usik Entoni Coşua və Tayson Füri ilə döyüşlərə çox-çox illər əvvəl hazırlaşmağa başladığını bildirib.
"Football-plus.az" xəbər verir ki, “Ready to Fight” portalına danışan 38 yaşlı məğlubedilməz boksçu bu qarşılaşmaların onun üçün illər öncədən hədəf olduğunu vurğulayıb:
“Entoni Coşua və Tayson Füri ilə döyüşə hələ 10-11 il əvvəl hazırlaşmağa başlamışdım. Hətta bir çox adama deyirdim ki, onlarla döyüşəcəyəm. Ukrayna televiziyalarından birində Kliçko qardaşları deyirdilər: “Qulaq as, kəmərləri qoy kənara və dincəl”. Mən isə cavab verirdim: “Dinləyin, dörd, bəlkə də üç ildən sonra Entoni Coşua və Tayson Füri ilə döyüşəcəyəm”. Bir çoxu mənə gülərək bunun mümkünsüz olduğunu deyirdi. Amma mən onlara bunu edəcəyəmi dedim. Və buna nail oldum, çünki inamımı qorudum. Mən hər gün Allaha dua edirəm. İnsan çox çalışanda Allah ona şans verir”.
Xatırladaq ki, Usik peşəkar boksda hələ də məğlub olmayıb və son illərin əsas simalarından biri sayılır.