Usman Dembele dubl etsə də...

19.12.2024

Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.

Fransa Liqa 1-in 16-cı turunda səfərdə "Monako"nu 4:2 hesabı ilə məğlub edən PSJ-nin qələbəsində dublla pay sahibi olan cinah hücumçusu Usman Dembele matç barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, o, iki qol vurmasına rəğmən, öz oyunundan narazı qaldığını deyib:

"Statistika statistikadır. Amma oyunumdan danışırıqsa, öz çıxışımdan razı qalmadım. Bundan yaxşı çıxış edə, komandama daha çox fayda verə bilərəm".

Sözügedən futbolçu "Monako"nun qapısına ilk qolunu komandası 1:2 hesabı ilə geridə olarkən vurub. 

Cari mövsüm bütün turnirlərdə 19 matça çıxan Dembele 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью