Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Fransa millisinin və PSJ-nin futbolçusu Usman Dembele yığmadakı çıxışı ilə bağlı tənqidlərə münasibət bildirib.
İdman.Biz “Foot Mercato”ya istinadən xəbər verir ki, 2025-ci ilin “Qızıl top” mükafatçısı klubdakı performansı ilə müqayisədə milli komandada daha zəif çıxış etdiyi üçün tənqid olunur. Dembele Fransa millisinin bu mövsüm keçirdiyi üç oyundan ikisinə start heyətində başlayıb.
Fransalı şərhçi Deyv Appadu futbolçunun PSJ-də göstərdiyi oyunu milli komandada təkrarlaya bilmədiyini bildirib. O, Kilian Mbappenin yoxluğunda Zinəddin Zidanın Dembeleni hücumun mərkəzində oynatmasına baxmayaraq, futbolçunun texniki səhvlərə yol verdiyini və zərbələrdə dəqiq olmadığını vurğulayıb.
Mənbənin məlumatına görə, Dembele tənqidlərə sakit yanaşır. O, karyerası ərzində, xüsusən də “Barselona”da çıxış etdiyi dövrdə bu cür təzyiqlərlə qarşılaşıb və buna öyrəşib. Bununla belə, futbolçu özü də İtaliya millisinə qarşı son oyunundakı çıxışından razı qalmayıb.
Dembele Belçikaya qarşı növbəti görüşdə daha yaxşı performans göstərmək və imkanlarını nümayiş etdirmək istəyir. Futbolçu həm mərkəz hücumçusu, həm də sağ cinahda oynamağa hazır olduğunu bildirib.