Usman Dembele liderliyini davam etdirir

03.06.2025

Icma.az bildirir, Idman.biz portalına istinadən.

Usman Dembele 2025-ci ildə beynəlxalq oyunlarda ən çox qol vuran futbolçuların siyahısında liderliyini davam etdirir.

İdman.biz xəbər verir ki, 28 yaşlı hücumçu PSJ-nin heyətində Çempionlar Liqasında 8, Fransa millisində isə 1 dəfə fərqlənib.

Dembele mayda hesabına yeni qol əlavə edə bilməsə də, rəqibləri bu fürsətdən yararlana bilməyiblər. Bu il beynəlxalq oyunlarda hesabında ümumilikdə 9 qol olan fransalı futbolçunu hərəyə 8 qolla Harri Keyn (İngiltərə/"Bavariya"), Rafinya (Braziliya/"Barselona") və Lautaro Martines (Argentina/"İnter") izləyirlər.

Qeyd edək ki, Gürcüstan millisinin və "Lion"un forvardı Georges Mikautadze və "Qalatasaray"ın nigeriyalı hücumçusu Viktor Osimhen hərəyə 6 qolla digər futbolçularla birlikdə 10-17-ci yerləri bölüşdürürlər.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью