Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 31 avqust, AZƏRTAC
Fransanın PSJ komandasının aparıcı futbolçusu Usman Dembele klubla yeni müqavilə imzalamağa hazırlaşır.
AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, hücumçunun yeni müqaviləsi 2030-cu ilin iyun ayınadək qüvvədə olacaq. 29 yaşlı futbolçuya bu yay Səudiyyə Ərəbistanı klublarından təkliflərin olduğu bildirilirdi.
Fransalı oyunçu ötən mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 53 matçda 35 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.