Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İngiltərənin "Nottingem Forest" klubu Portuqaliya "Sportinq"inin mərkəz müdafiəçisi Usman Diomandeni heyətinə qatıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu 4+1 illik müqaviləyə imza atıb.
Fil Dişi Sahili yığmasının üzvü olan arxa xətt oyunçusu bu yay keçirilən dünya çempionatında yığmanın sıralarında yer alıb.
O, 2023-cü ilin yanvarından formasını geyindiyi "Sportinq"in heyətində 132 matça çıxıb, 2 dəfə Portuqaliya çempionluğunu bayram edib və ölkə kubokunu qazanıb. Usman 2024-cü ildə Fil Dişi Sahili seçməsi ilə Afrika Millətlər Kubokunun qalibi olub.
Toğrul