Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
İngiltərənin “Nottingem Forest” futbol komandası müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.
İdman.Biz xəbər verir ki, Premyer Liqa təmsilçisi Portuqaliyanın “Sportinq” komandasından Usman Diomandeni transfer edib. 22 yaşlı Kot-d’İvuar millisinin müdafiəçisinin keçidi rəsmiləşib.
“Nottingem Forest” bu transfer üçün “Sportinq”ə 40 milyon avro (79,6 milyon AZN) ödəyəcək. Diomande yeni komandası ilə 2030-cu ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalayıb. Sazişin müddətinin daha bir il - 2031-ci ilin yayına qədər uzadılması üçün seçim hüququ da var.
Diomande 2023-cü ildən “Sportinq”in formasını geyinirdi.