Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şahmat üzrə millilərimiz Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında (ÜŞO) bu gün növbəti oyunlarını keçirəcəklər. Sport24.az xəbər verir ki, kişilərdən ibarət milli VI turda Argentina ilə qarşılaşacaq.
Xanımlar isə Qazaxıstanla üz-üzə gələcək.
Qeyd edək ki, İsveçrə sistemi ilə keçirilən və 11 turdan ibarət yarışa sentyabrın 27-də yekun vurulacaq.