USQ Bryansk vilayətində Rusiya Müdafiə Nazirliyinin silah arsenalına zərbə endirib | Icma.…
Icma.az, Moderator.az portalına istinadən məlumat verir. "Bu gecə 12 partlayış qeydə alınıb, hədəf rayonunda detonasiya davam edir..." Noyab
Moderator.az xəbər verir ki, bu barədə USQ Baş Qərargahı məlumat verib. Məlumatı "focus.ua" nəşri yayıb.
Məlumatda deyilir ki, Rusiyanın Bryansk vilayətinin Karaçev şəhəri rayonunda 1046-cı maddi-texniki təminat mərkəzinin arsenalı məhv edilib.
Qeyd edilir ki, bu gecə saat 02:30-da hədəf rayonunda 12 ikincili partlayış və detonasiya qeydə alınıb.
"Rusiyanın Ukraynaya qarşı silahlı təcavüzünün dayandırılması məqsədilə Rusiyanın işğalçı ordusu üçün döyüş sursatları anbarlarının məhv edilməsi davam etdiriləcək", - USQ Baş Qərargahının məlumatında deyilir.
Düşmən anbarının məhv edilməsi barədə həmçinin Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Müqavimət Mərkəzinin rəhbəri Andrey Kovalenko məlumat verib.
"Bryansk vilayətində Rusiya MN Baş Raket-Artilleriya İdarəsinin 67-ci arsenalına zərbə endirilib.
Orada artilleriya döyüş sursatları, o cümlədən idarəedilən aviasiya bombaları, zenit raketlər və yaylım atəşli reaktiv sistemlər üçün döyüş sursatları olub", - o, qeyd edib.
Tam oxu
Xəbəri oxu