Demokrat.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kursk vilayətinin bir hissəsinə nəzarəti ələ keçirən Ukrayna Silahlı Qüvvələrinin (USQ) bölmələrinə işğal olunmuş əraziləri yanvarın sonunadək - ABŞ-da yeni seçilmiş prezident Donald Tramp hakimiyyətə gələnə qədər saxlamaq əmr edilib.Bu barədə bir neçə ukraynalı hərbçi "BBC News”a bildiriblər."Bizim qarşımızda duran əsas vəzifə Trampın andiçmə mərasiminə və danışıqlara başlayana qədər mümkün qədər çox ərazini saxlamaqdır.
Sonra nəyəsə dəyişidirəcək. Lakin nəyə dəyişdiriləcəyi heç kim bilmir”, - ukraynalı hərbçilərdən biri bildirib.
Digər bir hərbçi isə böyük yorğunluqdan, rotasiyanın olmamasından və digər cəbhələrdən əsasən orta yaşlı kişilərdən ibarət bölmələrin gəlişindən danışıb.
Eyni zamanda, Ukrayna hərbçiləri çətin hava şəraitini və Rusiyadan davamlı bombardmanları, o cümlədən idarəolunan bombalarından istifadəni qeyd ediblər.
Onların fikrincə, Rusiya qoşunları tədricən əraziləri geri alır və Ukrayna Silahlı Qüvvələrini ərazidən sıxışdırılması "sadəcə vaxt məsələsidir”.
Noyabrda Ukrayna prezidenti Volodimir Zelenski bəyan edib ki, Rusiya prezidenti Vladimir Putin Trampın andiçmə mərasimindən əvvəl Ukrayna ordusunu Kursk vilayəti ərazisindən sıxışdırıb çıxarmaq istəyir.
"Onun üçün vəziyyətə nəzarət etdiyini nümayiş etdirmək çox vacibdir.