ÜST: Afrikada Ebola epidemiyası artıb

22.10.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Ebola epidemiyası genişlənir və epidemioloji vəziyyət daha da mürəkkəbləşir. 

Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Afrika üzrə Regional Ofisi məlumat verib.

Büronun bülletenində Keniyada Ebola virusuna yoluxma hallarının artması, infeksiyanın Konqo Demokratik Respublikasının yeni, səkkizinci əyalətinə yayılması və Nigeriyada ilk yoluxma halının təsdiqlənməsi qeyd olunub. 

Bildirilib ki, epidemiya coğrafi cəhətdən genişlənir və mürəkkəbləşir, xüsusən də artan qeyri-sabitlik, əhalinin yerdəyişməsi və humanitar təşkilatların məhdud çıxışı müşahidə və cavab tədbirləri fəaliyyətlərini təhdid edir.

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью