ÜST Baş direktoru Livana hücumu pisləyib

16.11.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru edros Adhanom Qebreyesus Livanın mülki müdafiə mərkəzinə hücumu pisləyib.

Bu barədə o, “X”də paylaşım edib.

“Biz Livanın Baalbek bölgəsindəki Doureş kəndindəki mülki müdafiə mərkəzinə ən azı 12 tibb işçisinin ölümü ilə nəticələnən hücumu pisləyirik. Səhiyyə obyektlərinə hücumlar münaqişələrdə yeni normaya çevrilir. Bu, hər yerdə dayandırılmalıdır", - o deyib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью