ÜST Baş direktoru Livanda 12 tibb işçisinin ölümü ilə nəticələnən hücumu pisləyib

16.11.2024

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru edros Adhanom Qebreyesus Livanın mülki müdafiə mərkəzinə hücumu pisləyib.

APA xəbər verir ki, bu barədə o, “X”də paylaşım edib.

“Biz Livanın Baalbek bölgəsindəki Doureş kəndindəki mülki müdafiə mərkəzinə ən azı 12 tibb işçisinin ölümü ilə nəticələnən hücumu pisləyirik. Səhiyyə obyektlərinə hücumlar münaqişələrdə yeni normaya çevrilir. Bu, hər yerdə dayandırılmalıdır", - o deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью