ÜST bəyanat yaydı: Epidemiya qorxusu artır

10.08.2026

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında Ebola epidemiyası ilə mübarizə üçün daha çox dəstəyə çağırıb. 

Qurum narahatlıqla bildirib ki, cavab tədbirləri xəstəliyin yayılmasından hələ də geridə qalır.

“Cebheinfo.az" xəbər verir ki, epidemiya genişlənir və mövcud cavab sisteminin imkanlarını aşır. 

ÜST-ün sözçüsü Tarik Yasareviç bildirib ki, cavab tədbirlərinin bütün komponentləri üzrə potensialı artırmaq üçün təkcə maliyyə baxımından deyil, həm də digər sahələrdə əlavə dəstəyə ehtiyac var: 

“Müalicə mərkəzlərinin, sahə epidemioloji araşdırma qruplarının, təhlükəsiz dəfn qruplarının və icma ilə əlaqə işçilərinin potensialını artırmaq lazımdır".

O əlavə edib ki, cavab tədbirləri virusun hazırda yayıldığı və daha da yayıla biləcəyi ərazilərə yönəlməlidir.

Xatırladaq ki, Ebolaya yoluxmuş insanlar və onların bədən mayeləri ilə sıx təmas yolu ilə ötürülən viruslu hemorragik qızdırmadır.

Xəzər
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью