Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərliyi COVID-19 pandemiyası ilə mübarizə zamanı atdığı addımların məqsədəuyğun olduğu fikrində israrlıdır”.
“Cebheinfo.az” xəbər verir ki, bunu ABŞ hakimiyyətinin iddialarına cavab olaraq ÜST-ün mətbuat xidmətinin bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, ABŞ təşkilatdan çıxmaq qərarının səbəblərindən biri kimi ÜST-ün COVID-19 pandemiyası dövründəki uğursuzluqlarını göstərir. Vaşinqton təşkilatın "vacib məlumatların vaxtında və dəqiq paylaşılmasına" mane olduğunu və "bu uğursuzluqları gizlətdiyini" iddia edir:
"Heç bir təşkilat və ya hökumət qüsursuz hərəkət etməsə də, ÜST bu misli görünməmiş qlobal səhiyyə böhranına verdiyi cavabda dayanır".
Mətbuat xidməti qeyd edib ki, ÜST maska, peyvənd və fiziki məsafədən istifadəni tövsiyə edib, lakin heç bir halda bu tədbirlərin məcburi edilməsinə çağırmayıb.
ÜST vurğulayıb ki, qurum suveren hökumətləri xalqlarının mənafeyinə uyğun olduğuna inandıqları qərarları dəstəkləyib, lakin onlar öz qərarlarını veriblər". ÜST ABŞ rəsmilərinin bu qurumun "ölkələr tərəfindən idarə olunan siyasiləşdirilmiş, bürokratik gündəm həyata keçirdiyi", "Amerika maraqlarına düşmənçilik etdiyi" barədə ittihamlarını yalan adlandırıb.
Xatırladaq ki, 22 yanvarda ABŞ Prezidenti Donald Trampın 2025-ci ildə qəbul edilmiş ÜST-dən çıxmaq qərarı qüvvəyə minib. O, digər səbəblərlə yanaşı, təşkilatın maliyyələşdirilməsinə digər üzvlərin maliyyələşdirməsi ilə müqayisədə qeyri-mütənasib yüksək töhfələr də göstərib.
ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bu addımı ABŞ və dünya üçün təhlükə adlandırıb. ABŞ-ın təşkilatdan çıxması məsələsi təşkilatın İcraiyyə Şurasının 2-7 fevral tarixlərində Cenevrədə keçiriləcək növbəti iclasında müzakirə olunacaq.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin