ÜST: Boğulma nəticəsində ölənlərin sayı azalıb

14.12.2024

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2000-ci ildən bu yana dünya üzrə boğulma nəticəsində ölümlərin sayının 38 faiz azaldığını açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı boğulma nəticəsində ölümlərin qarşısının alınması ilə bağlı hesabat dərc edib. 

Hesabatda bildirilir ki, 2021-ci ildə 300 min adamın boğularaq öldüyü təxmin edilir. Suda boğulanların hər 4 nəfərdən 1-nin 5 yaşa qədər uşaq olduğu bildirilib.

ÜST-ün boğulma hallarının qarşısının alınması ilə bağlı tövsiyələrinə "uşaqların suya çıxışının qarşısını almaq üçün maneələrin quraşdırılması", "məktəbəqədər yaşlı uşaqlar üçün sudan uzaqda təhlükəsiz yerlərin təmin edilməsi", "məktəb yaşlı uşaqlar üçün əsas üzgüçülük təhlükəsizliyi", "təhlükəsiz xilasetmə bacarıqlarının öyrədilməsi", "insanlara xilasetmə və müdaxilə ilə bağlı təlimlərin verilməsi" və "boğulma ilə bağlı sosial məlumatlılığın gücləndirilməsi" daxil olduğu bildirilir.

Nigar Hacılı 
"Cebheinfo.az

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью