Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ölkə.az xəbər verir ki, bu barədə Haitiyə səfər edən ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib.
ÜST-nin mətbuat xidmətinin məlumatına görə, Qebreyesusun səfərinin məqsədi davam edən humanitar və təhlükəsizlik böhranları səbəbindən böyük təzyiq altında olan səhiyyə sisteminə dəstəyi gücləndirmək olub.
Xəstəxanaya baş çəkdikdən sonra o, “X” sosial şəbəkəsində gördüklərinin onda ağır təəssürat yaratdığını yazıb.
“Xəstəxana o qədər doludur ki, xəstələri hətta qapıların ağzında müalicə etmək məcburiyyətində qalırlar”, – deyə baş direktor bildirib.
O əlavə edib ki, ÜST xəstəxanaya insanların həyatını xilas edən tibbi yardımı davam etdirməyə kömək etmək üçün həyati əhəmiyyətli tibbi avadanlıqların alınmasına 1 milyon dollar ayıracaq.
Həmidə İbrahimova