ÜST dən Ebola ilə bağlı XƏBƏRDARLIQ: Yoluxanların sayı kəskin artır

03.06.2026

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Konqo Demokratik Respublikasında davam edən Ebola epidemiyası ilə əlaqədar Braziliya və İtaliyada da şübhəli hallar araşdırılır.

Milli.Az xəbər verir ki, ÜST bildirib ki, ölkədə yoluxanların sayı 282-yə, ölənlərin sayı isə 42-yə çatıb, 1100-dən çox şübhəli hal araşdırılır.

Bundibuqyo ştammına qarşı hazırda lisenziyalı peyvənd və xüsusi müalicə yoxdur. Bununla belə, erkən müdaxilə və dəstəkləyici müalicənin sağalma şansını artırdığı vurğulanıb.

Braziliyada iki nəfərdə Ebola şübhəsi araşdırılsa da, ilkin olaraq meningit və malyariya aşkarlanıb. İtaliyada isə Konqodan qayıdan sərnişinlə bağlı testlər mənfi çıxıb.

Virusun digər ölkələrə yayılması riski davam edir.

Fidan
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью