ÜST dən yeni koronavirus ştamı ilə bağlı XƏBƏRDARLIQ KONKRET

31.10.2026

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusun PJ.2.1 adlı yeni ştamının dünya üzrə yayılma riskinin artdığı barədə xəbərdarlıq edib.

KONKRET.az xəbər verir ki, təşkilatın bəyanatına görə, ilk dəfə 2026-cı ilin may ayında aşkarlanan variant artıq bir neçə qitədə yayılıb.

ÜST qeyd edib ki, beynəlxalq səyahətlərin davam etməsi səbəbindən ştamın digər ölkələrə keçmə riski də artır.

Günay Əli
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью