ÜST direktoru: İqlim böhranı həm də səhiyyənin böhranı deməkdir

12.11.2024

Icma.az bildirir, Oxu.az portalına istinadən.

"İqlim böhranı həm də səhiyyənin böhranı deməkdir".

Oxu.Az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş Direktoru Tedros Adhanom Qebreyesus deyib.

O bildirib ki, COP29-da səhiyyə sahəsinə çox diqqət yetirilir:

"Mən sevincliyəm ki, burada buna diqqət yetirilir".

ÜST rəhbəri qeyd edib ki, gələcəkdə pandemiya başvermə riski barəsində analizlər, təhlillər aparılıb:

"Aparılan təhlillər onu göstərir ki, pandemiyanın baş verməsi insanlardan asılıdır. Əgər biz pandemiyaya hazırlaşsaq, onun qarşısını almaq üçün hər şey etməyə cəhd göstərsək, bu baş verməyəcək. Əlimizdə olanlarla bunun qarşısını ala bilərik".

Aygün Mirakif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью