ÜST dünya ictimaiyyətinə çağırış etdi: Təcili bir milyard dollara ehtiyac var

03.02.2026

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünya ictimaiyyətinə müraciət edərək 2026-cı ildə 36 böhran bölgəsinə tibbi yardım göstərmək üçün təcili bir milyard dollara ehtiyac olduğunu açıqlayıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ÜST rəsmisi Çikve İxekveazu bildirib.

O, Cenevrədə keçirilən brifinqdə deyib ki, böhran bölgələrinə Qəzza zolağı, Yaxın Şərq, Sudan, Ukrayna, Konqo Demokratik Respublikası, Haiti və Myanma da daxildir.

ÜST nümayəndəsi əlavə edib ki, ABŞ ötən il oxşar təcili müraciətə cavab verən əsas donorlar arasında yer almayıb.

O bildirib ki, təşkilatın ən böyük maliyyə dəstəkçiləri Avropa İttifaqı, Səudiyyə Ərəbistanı və Almaniya olub.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 22-də ölkəsinin ÜST-dən çıxdığını bəyan edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью