ÜST: Dünyada hər 100 ölümdən ən azı biri intiharla bağlıdır

02.09.2025

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, dünyada hər 100 ölümdən ən azı biri  intihar nəticəsində baş verir.

"Report" xarici mediaya istinadən xəbər verir ki, ÜST xüsusilə gənclər arasında artan psixi sağlamlıq böhranının qarşısını almaq üçün təcili tədbirlərin görülməsinə çağırıb.

Təşkilatdan bildiriblər ki, son illərdə dünyada intihar səviyyəsi bir qədər azalsa da, bu problemlə mübarizədə irəliləyiş çox ləng gedir.

BMT-nin Səhiyyə Agentliyinin məlumatına görə, 2021-ci ildə dünyada təxminən 727 min intihar hadisəsi baş verib.

Qeyd olunub ki, bütün intiharların demək olar ki, dörddə üçü dünyanın əhalisinin böyük hissəsinin yaşadığı aşağı gəlirli ölkələrdə baş verir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью