Icma.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.
ÜST: 2030-cu ilədək dünyada səhiyyə işçilərinin çatışmazlığı 11,1 milyona çata bilər
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) dünyada səhiyyə işçilərinin çatışmazlığının artacağı barədə xəbərdarlıq edib. ÜST-nin 100-dən çox ölkənin məlumatları əsasında hazırladığı hesabata görə, 2030-cu ilədək qlobal səhiyyə işçiləri çatışmazlığı 11,1 milyon nəfərə çata bilər. Həmçinin 67 ölkədə əhalinin tibbi ehtiyaclarını qarşılamaq üçün kifayət qədər səhiyyə işçisinin olmayacağı proqnozlaşdırılır.
Hesabata əsasən, hazırda hər dörd həkimdən təxminən biri 55 yaşdan yuxarıdır və qarşıdakı 10 ildə təqaüdə çıxa bilər. Yüksək gəlirli ölkələrdə bu göstərici təxminən hər üç həkimdən birinə çatır.
ÜST bildirir ki, səhiyyə işçilərinin yaşlanması ilə yanaşı əhalinin yaşlanması da tibbi xidmətlərə tələbatı artırır.
Lalə Mehralı