ÜST Ebola ilə bağlı vəziyyəti ümidverici adlandırıb

18.09.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 18 sentyabr, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Konqo Demokratik Respublikasında Ebola epidemiyası ilə bağlı vəziyyətdə yaxşılaşma əlamətlərinin olduğunu bildirib.

AZƏRTAC xəbər verir ki, ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus yaxın həftələrdə Ebola peyvəndinin sınaqlarına başlanmasının gözlənildiyini deyib.

Bununla belə, o, epidemiyanın hələ də yayılmaqda davam etdiyini və ölüm hallarına səbəb olduğunu vurğulayıb.

KDR hakimiyyətinin məlumatına görə, ölkədə Ebola virusundan ölənlərin sayı 3 510-a, yoluxanların sayı isə 7 258-ə çatıb. Epidemiyanın əsas ocağı İturi əyalətidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью