ÜST maliyyə böhranının astanasında: İşçilərinin sayını kəskin azaldır

19.05.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) maliyyə vəsaitinin çatışmazlığı səbəbindən işçilərinin sayını azaltmağa məcburdur.

Oxu.Az-ın "RIA Novosti"yə istinadla verdiyi məlumata görə, bu barədə təşkilatın rəhbəri Tedros Adhanom Qebreyesus bəyan edib.

Onun sözlərinə görə, icraçı rəhbərliyinin sayı 14-dən 7 nəfərə enib, departamentlərin sayı 76-dan 34-ə azalacaq.

Qebreyesus əlavə edib ki, növbəti ikiillik dövrdə təşkilat 500 milyon dollardan çox əməkhaqqı kəsiri ilə üzləşəcək.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp 2026-cı maliyyə ili üçün büdcə layihəsində BMT strukturlarına, o cümlədən ÜST, UNESCO və təşkilatın müntəzəm büdcəsinə könüllü ianələri dayandırmağı təklif edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью