ÜST nin Baş direktoru: Dünyada hər 4 nəfərdən 1 i təhlükəsiz içməli suya çıxış əldə edə bilmir

12.09.2026

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 12 sentyabr, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus dünyada hər 4 nəfərdən 1-nin təhlükəsiz içməli suya çıxışının olmadığını bildirib.

AZƏRTAC xəbər verir ki, o, bu məsələ ilə bağlı X sosial media hesabında paylaşım edib.

Baş direktor təhlükəsiz suyun sağlamlığın təməli olduğunu vurğulayıb. Eyni zamanda, hər kəsin və hər bir yaşayış məntəqəsinin sağlamlığına, eləcə də malik olduğu imkanları yaxşılaşdırmağa kömək etmək üçün birgə fəaliyyət göstərməyə çağırıb.

Müxbir – Göyçək Mahmudlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью