ÜST rəhbəri xəstəxanaya yerləşdirilib

21.11.2024

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus Rio-de-Janeyronun (Braziliya) qərbində yerləşən Barra-da-Tijuka rayonunda xəstəxanaya yerləşdirilib.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "O Globo" qəzeti xəbər yayıb

Bildirilib ki, Qebreyesus G20 sammitində özünü pis hiss etdikdən sonra "labirintit (daxili qulaq strukturlarının iltihabi) və hipertonik kriz" əlamətləri ilə xəstəxanaya müraciət edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью