Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyeysus Suriyada təxminən 16 milyon insanın təcili humanitar sağlamlıq dəstəyinə ehtiyacı olduğunu bildirib.
Metbuat.az xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.
Qebreyesus, BMT-nin Mərkəzi Fövqəladə Hallara Dəstək Fondunun (CERF) 3 milyon dollarlıq töhfəsi sayəsində ÜST-nin həyat qurtaran səhiyyə xidmətlərini genişləndirdiyini və 500 mindən çox insana zəruri tibbi xidmətlər göstərdiyini bildirib.