ÜST Suriyada fəaliyyətini davam etdirəcək

09.12.2024

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Suriyada fəaliyyətini davam etdirmək niyyətindədir.

“Report” xbər verir ki, bunu qurumun Baş direktoru Tedros Adhanom Qebreyesus “X” sosial şəbəkəsində bildirib.

O vurğulayıb ki, Suriyada ÜST qrupları tibbi xidmətlərin davamlılığını təmin etmək üçün işləyirlər.

"Biz tibbi xidmətlərə ehtiyacı olan Suriya əhalisinə dəstək olmağa sadiqik. Donorları təcili şəkildə ÜST və onun tərəfdaşlarına dəstək olmağa çağırırıq", - Qebreyesus qeyd edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью