ÜST ün baş direktoru dünyadakı su problemi ilə bağlı çağırış etdi

12.09.2026

Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyada hər dörd nəfərdən birinin təhlükəsiz içməli suya çıxışı yoxdur.

Teleqraf xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus sosial media hesabında paylaşımında bildirib.

Qebreyesus təhlükəsiz içməli suyun sağlamlığın təməli olduğunu vurğulayıb.

“Buna baxmayaraq, dünyada hər dörd nəfərdən birinin hələ də təhlükəsiz içməli suya çıxışı yoxdur”, - ÜST baş direktoru qeyd edib.

O, hər yerdə və hər kəsin sağlamlığını, ləyaqətini və imkanlarını yaxşılaşdırmaq üçün birgə çalışmağa çağırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью