Üst üstə çəkilən nişanlar sürücüləri çaş baş salır ŞİKAYƏT FOTO

02.12.2025

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bakıda hərəkətin təşkilində olan nöqsan sürücüləri çaş-baş salır. Bu barədə oxuculardan biri redaksiyamızın qaynar xəttinə şikayət ünvanlayıb. Avtosfer.az xəbər verir ki, Rəşid Behbudov küçəsi ilə 28 May küçəsinin kəsişməsində sol zolaqdakı hərəkət istiqamətini bildirən nişanlanma xətti anlaşılmaz vəziyyətə düşüb. Buna səbəb həmin zolaqdakı nişanlanma xəttinin dəfələrlə dəyişdirilməsi olub. Əvvəllər bu zolaqdan düzünə hərəkət təşkil edilsə də, daha sonra yalnız sola dönməyə icazə verilib. Nəticədə köhnə və yeni nişanlanma xətləri bir-birinə qarışıb. Hazırda sürücülər həmin zolaqdan düzünə getməyin mümkün olub-olmadığını dəqiq müəyyən edə bilmirlər.

Fərid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью