Metbuat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qurban və Ramazan bayramları başqa bayramlarla üst-üstə düşəcəyi halda əmək məzuniyyətinin necə tənzimlənəcəyi məlum olub.
Metbuat.az xəbər verir ki, bu, Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, əmək məzuniyyəti dövrünə təsadüf edən iş günü hesab olunmayan bayram günləri məzuniyyətin təqvim günlərinə daxil edilmir və ödənilmir.