ÜST yüzlərlə işçini ixtisar edir

03.02.2026

Medicina saytından alınan məlumata görə, Icma.az bildirir.


Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ABŞ və Argentinadan maliyyələşdirmənin kəsilməsi səbəbindən işçilərini ixtisar edib.

Medicina.az xəbər verir ki, ÜST-ün baş direktoru Tedros Adhanom Gebreyesus məlumat yayıb.

O bildirib ki, bu, müxtəlif ölkələrdə səhiyyə sistemlərini dəstəkləmək üçün proqramlara əhəmiyyətli dərəcədə təsir göstərib. İxtisarlar peyvəndlərə və epidemiyaya qarşı mübarizə səylərinə təsir edib.

T.A.Gebreyesus qeyd edib ki, təşkilat 2026-cı ildə işçilərinin təxminən dörddə birini ixtisar etməyi planlaşdırır. Bununla belə, o, maliyyələşdirmənin bərpa olunacağına ümid etdiyini bildirib.

ÜST-ün İcraiyyə Şurası bu gün toplanır. İclasda ölkələr təşkilatın gələcək büdcəsini və prioritetlərini müzakirə edirlər. Bu danışıqların nəticələri may ayında Ümumdünya Səhiyyə Assambleyasında təqdim olunacaq. Məhz orada ÜST-ə yeni şəraitdə lazımi resurslar və səlahiyyətlər verilməsi müzakirəyə çıxarılacaq.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью