Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakının Nizami rayonunda yerləşən avtoservislərdən birində 5000 manat pulun oğurlanması ilə bağlı polisə məlumat daxil olub.
Bizim.Media-nın əldə etdiyi məlumata görə Nizami rayonunda polis tərəfindən keçirilən tədbirlərlə əməli törədən İ.Çobanov saxlanılıb.
Araşdırmalarla məlum olub ki, hadisə Babək prospektində yerləşən avtoservislərdən birində baş verib.
Belə ki, usta servisə gəldikdən sonra gündəlik paltarını çıxararaq asılqandan asıb və iş paltarını geyinib. Həmin vaxt avtomobilini servisə gətirən İ.Çobanov asılqandakı paltarın cibindən 5000 manatı götürərək ərazidən uzaqlaşıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Bizim.Media